Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Film xərcləri Azərbaycanda geri ödəniləcək

2 dəq
Paylaş:
Film xərcləri Azərbaycanda geri ödəniləcək

İlham Əliyev xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsini təsdiqləyib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Kinematoqrafiya haqqında" qanuna dəyişiklikləri imzalayıb.

Belə ki, xarici prodüserləri ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.

Xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.

Beləliklə ölkədə kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında imkanları genişlənəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Mədəniyyət siyasəti

Hamısına bax