Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycanda turizm sektorunda gözlənilən vacib dəyişiklik

2 dəq
Paylaş:
Azərbaycanda turizm sektorunda gözlənilən vacib dəyişiklik

Azərbaycanda turizmin inkişafı üzrə hazırlanmış yeni dövlət proqramında infrastruktur layihələrinə subsidiya dəstəyi məsələsi də yer alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Dövlət Agentliyi yanında Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, proqram hazırda hökumət daxilində razılaşdırılmasının yekun mərhələsindədir və turizmin inkişafına mane olan əsas problemlərin həllini nəzərdə tutur: "Sənəddə əlçatanlığının artırılması, turizm məkanlarına "son kilometr" bağlantısının yaxşılaşdırılması, də turizm infrastrukturunun inkişafı üçün subsidiya mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Turizmin inkişafı təkcə bir qurumun fəaliyyəti ilə məhdudlaşmır və yol, elektrik, su təchizatı, rabitə, eləcə də digər infrastruktur layihələri üzrə dövlət qurumları ilə özəl sektorun koordinasiyalı fəaliyyəti vacibdir. Yeni dövlət proqramının əsas məqsədi turizm sektorunun inkişafı üçün bütün aidiyyəti tərəflərin fəaliyyətini vahid yanaşma çərçivəsində əlaqələndirməkdir".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Turizm

Hamısına bax