Əsas məzmuna keç

Turizm sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı gücləndirilir

Turizm sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı gücləndirilir

Antalyada DTA və Türkiyə rəsmiləri yeni protokol imzaladı. Şuşanın 2026 paytaxtı olması və Lahıcın təbliği ilə bağlı mühüm qərarların təfərrüatı xəbərimizdə.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Aprelin 2-də Antalya şəhərində Azərbaycan-Türkiyə üzrə Birgə İşçi Qrupunun 5-ci iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasda turizm sahəsində ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət imkanları, turizm təhsili, turizm məqsədli sahilyanı ərazilərin idarə olunması, qış, sağlamlıq və qastronomiya turizmi istiqamətləri, eləcə də dayanıqlı turizm üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı dövlət və özəl sektor arasında əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, regional turizm və mədəni irsin idarə olunması, marketinq və təbliğat sahəsində təcrübə və informasiya mübadiləsinin genişləndirilməsi, həmçinin 2026-cı il üçün birgə Fəaliyyət Proqramının hazırlanması mövzularına toxunulub.

İclas Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun həmsədrliyi ilə keçirilib və tədbirdə turizm sənayesi üzrə ixtisaslaşmış qurumların nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində 2025-ci il üzrə Birgə Fəaliyyət Planının icrası qiymətləndirilib, 2026-cı il üçün yeni Birgə Fəaliyyət Planı üzrə prioritet istiqamətlər müəyyənləşdirilib.

Həmçinin Turizm Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, D-8 və Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri, eləcə də Lahıc üçün BMT Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” nominasiyası üzrə müraciəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Xüsusilə Şuşa şəhərinin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatı tərəfindən turizm paytaxtı elan edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Bununla yanaşı, DTA sədri Fuad Nağıyevin adından Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya Şuşada keçiriləcək Turizm Nazirlərinin 7-ci görüşündə və Yüksək Səviyyəli Ekspertlər Qrupunun 9-cu iclasında iştiraka dair dəvət çatdırılıb.

İclas çərçivəsində COP31 ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub, Azərbaycanın 2024-cü ilin noyabr ayında uğurla ev sahibliyi etdiyi COP29 tədbiri xüsusi vurğulanıb. Qeyd edilib ki, COP tarixində ilk dəfə olaraq turizm mövzusu tematik gündəliyə daxil edilib və bu sahədə Azərbaycan təcrübəsinin Türkiyə tərəfi ilə paylaşılması barədə razılıq əldə olunub.

Bununla yanaşı, İstanbulda fəaliyyətə başlayan Azərbaycan Turizm Bürosunun nümayəndəlik ofisinin iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi, sənaye nümayəndələri arasında əlaqələrin möhkəmləndirilməsi və B2B formatlı görüşlərin təşkili baxımından rolu qeyd olunub.

Görüşdə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Hotel Assosiasiyası (AHA), həmçinin Türkiyə tərəfdən Türkiyə Hotel Assosiasiyası (TÜROB) və Türkiyə Səyahət Agentliklər Birliyi (TÜRSAB) nümayəndələri iştirak ediblər.

İclasın yekununda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığa dair Protokol imzalanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…