Operativ Məlumat Mərkəzi

Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO

1 dəq
Paylaş:
Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenilənir – FOTO
Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında məktəbin idman meydançalarının yenilənməsi, əlavə...

Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol Məktəbinin təlim bazası yenidən qurulur.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında məktəbin idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb.

Layihəçi "Pro Technical Consulting" MMC, podratçı isə "Global Interiors Group" MMC-dir.

Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib.

Layihəyə əsasən, ərazidə inzibati korpus, idman korpusu (tribuna), yeraltı nasosxana, futbol meydançası, parklanma sahəsi, qazanxana və digər infrastruktur obyektləri olacaq.

Tikinti işləri cari ilin iyun ayında yekunlaşdırılacaq.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər