ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında danışıqların bu gün yenidən başlayacağını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, o, tərəflər arasında razılaşmanın əldə olunacağına nikbin yanaşdığını bildirib.
Tramp deyib ki, əvvəllər planlaşdırılan hücumun təxirə salınmasından sonra ABŞ-İran danışıqları avqustun 3-də bərpa ediləcək.
ABŞ lideri bildirib ki, Hörmüz boğazının açıq qalması və İranın nüvə proqramı ilə bağlı razılığın əldə olunması istiqamətində yaxın zamanda irəliləyişin mümkünlüyünə inanır.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər və İranla aparılan təmaslar bu həftəsonu planlaşdırılan genişmiqyaslı hücumun dayandırılması qərarına təsir göstərib.
"Hazırda danışıqlar yolu ilə irəliləyirik. Görüşlər günortadan sonra başlayacaq və bundan sonra hadisələrin necə inkişaf edəcəyini görəcəyik", - Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, əsas məqsədi razılıq əldə etmək və mümkün qədər çox insanın həyatını xilas etməkdir.
Tramp həmçinin vurğulayıb ki, həm region ölkələri, həm də İran hərbi qarşıdurmanın qarşısının alınmasında maraqlıdır və Hörmüz boğazı ilə yanaşı, İranın nüvə proqramı ilə bağlı da yaxın vaxtlarda razılaşmanın əldə olunacağına ümid edir.