Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp: Hörmüz boğazının əhəmiyyəti azalır

2 dəq
Paylaş:
Tramp: Hörmüz boğazının əhəmiyyəti azalır

ABŞ Prezidenti İrana qarşı yeni və sərt paketinin hazırlandığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp Ağ Evdə kriptovalyuta şirkətlərinin rəhbərləri ilə görüşdən əvvəl jurnalistlərə açıqlamasında yeni məhdudiyyətlərin tətbiqi ilə bağlı konkret tarix açıqlamayıb.

Tramp Hörmüz boğazına da toxunaraq, su yolunun ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu bildirib. Onun sözlərinə görə, boğazdan keçən gəmilər ABŞ-nin icazəsi ilə hərəkət edir və bu marşrut dünya üzrə böyük həcmdə neft daşınmasında mühüm rol oynayır.

Bununla belə, Tramp gələcəkdə Hörmüz boğazının strateji əhəmiyyətinin azalacağını düşünür.

Tramp ABŞ-nin enerji sahəsində imkanlarının genişləndiyini bildirib. O, Texas, Alyaska və Luiziana ştatlarında neft və qaz hasilatının artdığını, həmçinin yeni boru kəmərlərinin inşa edildiyini vurğulayıb.

ABŞ Prezidentinin sözlərinə görə, alternativ enerji və imkanlarının genişlənməsi Hürmüz boğazından asılılığı azalda bilər.

Tramp lideri Kim Çen Inla münasibətlərə də toxunub. O, Pxenyanla yaxşı əlaqələrinin olduğunu və öz prezidentliyi dövründə ciddi problem yaşanmadığını bildirib.

Tramp həmçinin ABŞ və Cənubi Koreyanın keçirdiyi genişmiqyaslı hərbi təlimlərin artıq zəruri olmadığını deyib. O, bu təlimləri “aşağılayıcı” adlandıraraq, ABŞ-yə qarşı xoş münasibət nümayiş etdirən ölkələrə qarşı belə addımların atılmasını düzgün hesab etmədiyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə