Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp Rutte ilə görüşündə İran məsələsinə görə NATO-nu tənqid edib

2 dəq
Paylaş:
Tramp Rutte ilə görüşündə İran məsələsinə görə NATO-nu tənqid edib

ABŞ Prezidenti çərşənbə günü NATO-nun ilə təkbətək görüşündə hərbi alyansdan məyusluğunu dilə gətirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "CNN" telekanalına müsahibə verən Rutte Ağ Evdəki iki saatlıq görüşdən sonra Trampın bir çox NATO müttəfiqlərindən narazı olduğunu və onu başa düşdüyünü bildirib.

Ağ Evin sözçüsü Karolin Levitt Trampın NATO haqqında "Onlar sınaqdan keçirildi və uğursuz oldular" sözlərini sitat gətirib.

Bəzi NATO ölkələri ABŞ hərbi təyyarələrinə hava məkanından istifadəyə icazə verməyərək və ya Hörmüz boğazının açılmasına kömək etməkdən imtina edərək ABŞ-nin İrana qarşı hərbi kampaniyasını dəstəkləməkdən çəkiniblər.

Tramp görüşdən sonra "Truth Social" platformasında NATO-nun ehtiyac duyulduğu zaman yanlarında olmadığını yazıb.

O, alyansı "kağız pələng" adlandıraraq Avropa müttəfiqlərinin zəmanətlərinə arxalandığını, lakin İrandakı əməliyyatlara kifayət qədər dəstək vermədiyini vurğulayıb.

Rutte ilə müzakirələrdə müdafiə sənayesi əməkdaşlığı, Ukrayna və İran müharibələri diqqət mərkəzində olub.

Qeyd edək ki, Tramp çərşənbə günü Fransa Prezidenti Emmanuel Makronla da aparıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax