"ABŞ-nin hərbi hücumlarına baxmayaraq, İran hələ də raket və dron ehtiyatına malikdir və bəzi silah istehsal imkanlarını saxlayır".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
"Onların bəzi raketləri və dronları var. İranın müəyyən istehsal gücü var, çox deyil", - o bildirib.
"Biz Hörmüz boğazına nəzarət edirik, onlar isə heç nəyə nəzarət etmirlər. Görəcəyik nə olacaq. Amma bu gecə onları yenidən çox güclü bir zərbə ilə vuracağıq", - Tramp vurğulayıb.