Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ ordusu İran ətrafında cəmləşdi: Trampın əmrini gözləyən genişmiqyaslı hazırlıq

3 dəq
Paylaş:
ABŞ ordusu İran ətrafında cəmləşdi: Trampın əmrini gözləyən genişmiqyaslı hazırlıq

ABŞ-nin Yaxın Şərqdəki mövcudluğunu nəzərəçarpacaq dərəcədə artırdığı və İrana qarşı mümkün əməliyyatlara tam hazır vəziyyətə gətirildiyi iddia edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Fox News" telekanalına istinadən xəbər verir ki, Pentaqonun keçmiş rəsmisi Dana ABŞ ordusunun Donald Trampın verəcəyi təlimat əsasında uzunmüddətli və yüksək intensivlikli hərbi hərəkat keçirmək potensialına malik olduğunu vurğulayıb.

Stroul qeyd edib ki, ABŞ qüvvələri eyni zamanda bölgədəki müttəfiqlərini İrandan gələ biləcək raket təhdidlərinə qarşı qorumağa tam hazırdır.

Onun sözlərinə görə, hazırkı hərbi əvvəlki əməliyyatlarla müqayisədə daha əhatəli və strateji xarakter daşıyır.

Xüsusilə hərbi dəniz qüvvələrinin hərəkətliliyi diqqət çəkir. "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Cəbəllütariq boğazını keçərək şərqə doğru irəliləyir. "USS Abraham Lincoln" gəmisi isə hazırda Oman dənizində xidmətini davam etdirir.

Hər iki gəminin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında yerləşdirilməsi planlaşdırılır. Stroul bildirib ki, bu gəmilərdən biri Şərqi Aralıq dənizində, digəri isə Bəsrə körfəzində mövqe tuta bilər.

Hərbi gərginliyin artmasına baxmayaraq, diplomatik kanalların da açıq qaldığı bildirilir. Vaşinqton və Tehran arasında nüvə proqramı ilə bağlı dolayı danışıqların fevralın 26-da Omanın vasitəçiliyi ilə bərpa olunacağı gözlənilir. Ekspertin fikrincə, İran bir tərəfdən hərbi güc nümayiş etdirərək çəkindirmə siyasəti yürüdür, digər tərəfdən isə danışıqlar vasitəsilə gərginliyi idarə etməyə çalışır.

Sonda Dana Stroul vurğulayıb ki, ABŞ ordusunun hazırlıq baxımından heç bir çatışmazlığı yoxdur və mümkün əməliyyatın başlanması texniki deyil, tamamilə siyasi qərardan asılıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax