“ABŞ Səudiyyə Ərəbistanına uranı zənginləşdirməyə kömək edə bilər”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Armenpress” ABŞ Konqres sənədlərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ təklif olunan nüvə sazişi çərçivəsində Səudiyyə Ərəbistanına uranın zənginləşdirilməsi sahəsində yardım göstərə bilər. Bildirilir ki, həm Donald Trump, həm də Joe Biden administrasiyaları (2021–2025) krallığı nüvə texnologiyası ilə təmin etmək üçün Ər-Riyadla belə razılaşma əldə etməyə cəhd göstəriblər və bu istiqamətdə səylər davam edir.
Qeyd olunur ki, saziş “milyardlarla dollar dəyərində ola bilər” və uranın zənginləşdirilməsi, nüvə yanacağının istehsalı və emalı sahəsində mümkün əməkdaşlığı nəzərdə tutur.
Eyni zamanda, “Associated Press”ə danışan ekspertlər xəbərdarlıq ediblər ki, belə razılaşma Səudiyyə Ərəbistanının öz nüvə proqramını inkişaf etdirməsinə zəmin yarada bilər. Onların fikrincə, proqram yalnız İranın atom silahı əldə etməsi halında işə salına bilər.