Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ İranla müharibə aparmır: Spiker Mayk Consonun açıqlaması

1 dəq
Paylaş:
ABŞ İranla müharibə aparmır: Spiker Mayk Consonun açıqlaması

ABŞ Palatasının spikeri Mayk ABŞ-nin İranla müharibə aparmadığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM""The Hill" qəzetinə istinadən xəbər verir ki, Conson bu barədə açıqlamasında danışıb.

Məlumata görə, o, aktiv əməliyyatların gözlənilmədiyini vurğulayıb və hazırda sülh prosesində vasitəçilik etməyə çalışdıqlarını qeyd edib.

Conson deyib: “Düşünmürəm ki, aktiv bombalama, atəş və ya bu kimi bir şey olacaq. Hazırda sülh prosesində vasitəçilik etməyə çalışırıq”.

ABŞ Prezidentinin Konqresin təsdiqi olmadan hərbi əməliyyatlar apara biləcəyi 60 günlük müddətlə bağlı suala isə belə cavab verib: “Biz müharibə vəziyyətində deyilik”.

Qeyd olunub ki, bu açıqlama ABŞ-nin regiondakı siyasəti ilə bağlı müzakirələr fonunda diqqət çəkib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax