Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ursula fon der Lyayen Ukraynaya növbəti səfərini edib

2 dəq
Paylaş:
Ursula fon der Lyayen Ukraynaya növbəti səfərini edib

Avropa Komissiyasının sədri Ukraynaya sayca 11-ci səfərini reallaşdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri özünün "X" hesabında paylaşım edib.

Məlumata görə, səfərin əsas məqsədlərindən biri Avropa İttifaqı ilə Ukraynanın sahəsində əməkdaşlığını daha da genişləndirmək və yeni inteqrasiya təşəbbüslərini elan etməkdir. Ursula fon der bildirib ki, bu addımlar hərbi istehsalın artırılması və imkanlarının gücləndirilməsinə xidmət edəcək.

Səfər çərçivəsində Ukraynanın Avropa İttifaqına üzvlük prosesi, eləcə də ölkənin qarşıdan gələn qış mövsümünə hazırlığı ilə bağlı məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, Ursula fon der Lyayen daha əvvəl Rusiya qüvvələrinin Ukraynada pilotsuz uçuş aparatları istehsal edən müəssisələrə zərbələr endirməsindən sonra, Kiyevə PUA istehsalının artırılması üçün əlavə maliyyə dəstəyi veriləcəyini açıqlamışdı.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax