Əsas məzmuna keç

Ursula fon der Leyen Litvaya səfər edəcək

Ursula fon der Leyen Litvaya səfər edəcək

Avropa Komissiyasının rəhbəri Baltikyanı ölkələrin liderləri ilə hava məkanındakı dron fəaliyyətlərini və müdafiə imkanlarını müzakirə edəcək.

en ru

Komissiyasının sədri Ursula fon der Baltikyanı ölkələrin hava məkanında qeydə alınan son fəaliyyətlərini müzakirə etmək məqsədilə sabah Litvaya səfər edəcək. "" nəşrinin mənbələrə istinadən yaydığı məlumata görə, səfər zamanı Avropa Komissiyasının rəhbəri Baltikyanı dövlətlərin liderləri ilə bir araya gələrək, hava məkanında baş verən insidentlərə qarşı görüləcək tədbirləri əlaqələndirəcək.

Səfər çərçivəsində, həmçinin Avropa Komissiyasının maliyyələşdirmə və planlaşdırma proqramları vasitəsilə birgə müdafiə imkanlarının gücləndirilməsi məsələlərinə diqqət yetiriləcək.

Xatırladaq ki, mayın 20-də Litvada dron təhlükəsi səbəbindən hava hücumu xəbərdarlığı elan edilmişdi. Həmin vaxt ölkə rəhbərliyi sığınacaqlara təxliyə edilmiş, qatar və təyyarə reysləri dayandırılmış, həmçinin ticarət mərkəzləri, xəstəxanalar və məktəblər bağlanmışdı. Təxminən iki saat davam edən xəbərdarlıqdan sonra vəziyyət normallaşmışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…