Ürək sağlamlığına zərərli olan QİDALAR

Ürək sağlamlığına zərərli olan QİDALAR
15.03.2023 14:12
Aa
dəq

Mütəxəssislər ürək sağlamlığı üçün bir neçə qidadan imtinanı tövsiyə edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə kardioloq Raed Barqut və dietoloq Krutika Nanavati danışıb. 

Onların sözlərinə görə, emal olunmuş ətlər, şəkərli içkilər və qızardılmış qidaları həyatınızdan çıxarmalısınız. “Emal olunmuş yağsız ətlər ürək-damar xəstəlikləri, o cümlədən infarkt və insult riskini artıra bilən qidaların siyahısında birinci yerdədir. Əsasən də “street food”lardan imtina etmək lazımdır. Həmçinin, enerji içkiləri piylənməyə səbəb olan məhsullar arasındadır.

Qızardılmış kartof və toyuq kimi qidalar ürəyiniz üçün çox zərərlidir. Çünki onlar qeyri-sağlam yağlarda bişirilir”, - Barqut bildirib. 

Dietoloq Nanavati qeyd edib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkməmək üçün sağlam qidaları seçmək vacibdir. Bu zərərli qidalar əvəzinə təzə meyvə və tərəvəzlərə, yağsız zülallara və taxıllı qidalara üstünlük vermək vacibdir. 

Həftənin ən çox oxunanları

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub

Kənd Təsərrüfatı Nazirliyində kadr dəyişikliyi olub
DAVAMIN OXU davamın oxu

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək

Sentyabrın 20-də pensiyalar tam ödəniləcək
DAVAMIN OXU davamın oxu