Əsas məzmuna keç

Uqandada torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb

Uqandada torpaq sürüşməsi nəticəsində 20 nəfər ölüb

Uqandanın şərqində sürüşməsi nəticəsində 20 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə yerli orqanlarına istinadən " " agentliyi məlumat yayıb.

Paytaxt Kampaladan 280 kilometr şərqdə, dağlıq Bulambuli bölgəsində altı kəndə təsir edən güclü yağışlar torpaq sürüşməsinə səbəb olub, təxminən 125 evi dağıdıb.

Uqanda Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, fəlakət bölgəsindən 750 nəfər təxliyə edilib, onlardan 200-dən müvəqqəti olaraq yaxınlıqdakı məktəbə yerləşdirilib.

Bulambuli rayon komissarı Fahira Mpalani ordunun axtarış-xilasetmə əməliyyatlarına cəlb edildiyini bildirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…