İranda paytaxt Tehran güclü bombardmanlara məruz qalıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumatda bildirilib ki, gecə saatlarında şəhərin şərq, cənub və qərb hissələrinə zərbələr endirilib. Hücum zamanı Şərif Texnologiya Universiteti hədəfə alınıb. Nəticədə yalnız universitet binasına deyil, ətrafdakı digər tikililərə də ciddi ziyan dəyib. Qeyd olunub ki, bu, son həftələrdə İranda hücuma məruz qalan dördüncü böyük universitetdir.
Hücumlar paytaxtdan kənarda da davam edib. Kərəc, Şiraz, İsfahan və Buşəhr şəhərlərində də zərbələr qeydə alınıb. Hadisələr nəticəsində Bəndər-e Lenqə şəhərində altı, Qum şəhərində beş, Tehranın cənubundakı Baharestan rayonunda isə altısı uşaq olmaqla ən azı 13 nəfər həlak olub.