Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu ərazisində sursat aşkarlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonunun Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının sahilində partlamamış mərmi aşkarlayıblar.
Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Hazırda faktla bağlı araşdırma aparılır.