Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 185 730 hərbçisi məhv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 3 672 tank, 7 130 zirehli maşın, 2 398 operativ-taktiki PUA, 2 832 artilleriya sistemi, 289 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 293 helikopter, 5 718 avtomobil və tanker, 337 xüsusi texnikadan ibarətdir.