Operativ Məlumat Mərkəzi

Ukrayna XİN rəhbəri Trampla Zelenskinin görüşdüyünü təsdiqləyib - FOTO

1 dəq
Paylaş:
Ukrayna XİN rəhbəri Trampla Zelenskinin görüşdüyünü təsdiqləyib - FOTO

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Trampın Vatikanda görüşdüyün təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, “X” platformasındakı paylaşımında bildirib.

“Bu tarixi görüşün əhəmiyyətini təsvir etmək üçün heç bir sözə ehtiyac yoxdur”, - deyə o qeyd edib.

Sibiqa iki liderin Vatikanın Müqəddəs Pyotr Bazilikasında sülh uğrunda bir araya gəldiyin vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər