Kiyevdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının binasına ziyan dəyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı İqor Mosiyçukr məlumat verib.
Qeyd edilib ki, düşən pilotsuz təyyarənin dağıntıları nəticəsində binaya ziyan dəyib.
O, digər təfərrüatları açıqlamayıb.
Xatırladaq ki, oktyabrın 29-da Ukrayna bir neçə regionda hücuma məruz qalıb. Səhər saatlarında Kiyevdə partlayış səsləri eşidilib. Təfərrüatlar açıqlanmayıb. Eyni zamanda, şəhərin meri Vitali Kliçko Solomenski rayonuna təcili tibbi yardım briqadalarının göndərildiyini bildirib.