Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində, Soledar istiqamətində bütün cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Vurğulanıb ki, əks-hücum əməliyyatlarında 1000-dən çox hərbçi, 40-a qədər tank iştirak edib.
Məlumata görə, Ukrayna ordusu 26 dəfə hücum cəhdi edib.
12:37***
Ukrayna Silahlı Qüvvələri ölkənin şərqində əks-hücum əməliyyatlarına başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.
Onun sözlərinə görə, qarşı tərəf şərqdə bir neçə istiqamətdə irəliləməyə çalışır: “Biz isə təkcə müdafiə olunmuruq. Həm də əks-hücuma keçir və aktiv əməliyyatlar icra edirik”.
A.Malyar bildirib ki, Rusiya ordusunun güclü olmasına baxmayaraq, Ukrayna Silahlı Qüvvələri qarşı tərəfin irəliləməsinin qarşısını alır: “Bəzi yerlərdə onlar geri çəkilirlər”.