Ukrayna ordusu Kerç boğazı yaxınlığındakı Rusiya tankerinə pilotsuz dəniz nəqliyyat vasitəsi ilə hücum edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu haqda TASS xəbər agentliy məlumat verib.
Hücum zamanı tankerin zərərsizləşdirildiyi açıqlanıb. Dəniz xilasetmə xidməti məsələ ilə bağlı verdiyi məlumata əsasən, gəminin mühərrik otağının zədələndiyi açıqlanıb.
Xatırladaq ki, tankerin batma təhlükəsi yoxdur və orada neft dağılması müşahidə olunmayıb