Əsas məzmuna keç

Ukrayna Moskvaya çata bilən yeni Çexiya raketini sınaqdan keçirəcək

Ukrayna Moskvaya çata bilən yeni Çexiya raketini sınaqdan keçirəcək

Çexiyanın LPP şirkəti “Narvhal” adlı yeni uzaqmənzilli qanadlı raketinin Ukraynaya verilməsi planlaşdırılır. Bu barədə “RBK-Ukrayna” “Aktualne”yə...

Çexiyanın LPP şirkəti “Narvhal” adlı yeni uzaqmənzilli qanadlı raketinin Ukraynaya verilməsi planlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “RBK-Ukrayna” “Aktualne”yə istinadən məlumat yayıb.

Məlumata görə, sınaqların son mərhələsi Ukraynada olacaq, raket ordusuna qarşı döyüş şəraitində yoxlanılması üçün təhvil veriləcək. İlk döyüş tətbiqinin 2026-cı ilin yanvar–fevral aylarında həyata keçirilməsi planlaşdırılır, mart ayında isə Çexiyada raketin kütləvi istehsala başlanılacaq.

“Defense Express” analitiklərinin qiymətləndirməsinə görə, “Narvhal” hədəfləri 680 km məsafədə vurmaq imkanına malikdir. Bu isə Moskvaya və ya strateji bombardmançı təyyarələrin yerləşdiyi Enqels aviabazasına bilmək üçün kifayətdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Mövzular #ukrayna#çata
Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…