Operativ Məlumat Mərkəzi

Ukrayna ilə danışıqların ikinci raundunun vaxtı və yeri ilə bağlı hələlik qərar yoxdur

1 dəq
Paylaş:
Ukrayna ilə danışıqların ikinci raundunun vaxtı və yeri ilə bağlı hələlik qərar yoxdur
bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. "Xeyr, biz hələ tarixləri müəyyənləşdirməmişik. Bir çox insanlar görüşün nə vaxt və harada...

Ukrayna tərəfi ilə danışıqların ikinci raundunun vaxtı və yeri hələ müəyyən edilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Xeyr, biz hələ tarixləri müəyyənləşdirməmişik. Bir çox insanlar görüşün nə vaxt və harada keçiriləcəyi ilə bağlı fərziyyələr aparır. Hələlik heç bir fikrimiz yoxdur", - nazir bununla bağlı suala cavab verib.

Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Rusiya və Ukrayna növbəti görüşü hələ planlaşdırmayıb və bu məsələ ilə bağlı razılaşma hələ də gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər