Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampla Alyaskada danışıqlar zamanı əldə olunan “anlaşmaların” Ukrayna nizamlanmasına töhfə verəcəyinə ümid edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
"Biz Çin, Hindistan və digər strateji tərəfdaşlarımızın Ukrayna böhranının həllini asanlaşdırmağa yönəlmiş səylərini və təkliflərini yüksək qiymətləndiririk. Bu yaxınlarda Alyaskada keçirilən Rusiya-Amerika sammitində əldə olunan anlaşmalar, ümid edirəm ki, Ukraynada sülhə yol açaraq bu istiqamətdə irəliləyir", - o ŞƏT-in iclasındakı çıxışı zamanı deyib.