Ukrayna tərəfi Belarus sərhədində problem yaratmağa çalışır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç bildirib.
“Ukrayna tərəfi Belarusla cənub sərhəddində istehkamlar tikməyə və ərazisini minalardan təmizləməyə davam edir. Həmçinin planlaşdırılmış və kortəbii təxribatlar var ki, bunlara Belarusun sərhəd infrastrukturunun zədələnməsi və dağıdılması, Belarus sərhədçilərinin təhqiri və emosional təhqiri daxildir”, - deyə təhlükəsizlik rəsmisi qeyd edib.
Volfoviç, həmçinin “Polşa və Baltikyanı dövlətlərin sərhəddə miqrantlara qarşı görünməmiş zorakılığa səbəb olan mənfur miqrasiya siyasətini” qeyd edib.
"Keçən il Belarus tərəfi qonşu dövlətlərin ərazisindən qaçqınların bizim ərazimizə qeyri-qanuni köçürülməsi üzrə 3000-dən çox cəhdin qarşısını alıb. Bu günə qədər Belarus sərhəd xidməti Polşa, Litva və Latviya sərhədçiləri tərəfindən pis rəftar nəticəsində ölən qaçqınlarla bağlı 40-dan çox hadisəni sənədləşdirib".