Operativ Məlumat Mərkəzi

Ukrayna Baş Qərargahı Rusiya ordusunun son 3 gündəki itkilərini açıqlayıb

1 dəq
Paylaş:
Ukrayna Baş Qərargahı Rusiya ordusunun son 3 gündəki itkilərini açıqlayıb
bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb. Beləliklə, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzünün...

Mayın 24-dən 27-dək Rusiyanın 480 hərbçisi zərərsizləşdirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Beləliklə, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi təcavüzünün başlanğıcından ümumilikdə rusiyalı 206 200 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, işğalçıların indiyədək 3 799 ədəd tankı, 7 442 ədəd zirehli döyüş maşını, 3 406 ədəd artilleriya sistemi, 572 ədəd RYAS-ı (reaktiv yaylım atəş sistemi), 329 hava hücumundan müdafiə sistemi, 310 ədəd hərbi təyyarəsi, 296 ədəd helikopteri, 6 172 ədəd nəqliyyat vasitəsi və yanacaq çəni, 18 ədəd gəmi/kateri, 2 941 ədəd operativ-taktiki PUA və 449 ədəd xüsusi texnikası məhv edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər