Ukrayna Ali Radası AŞPA ilə Milli Məclisi dialoqa və əməkdaşlığa çağırıb

Ukrayna Ali Radası AŞPA ilə Milli Məclisi dialoqa və əməkdaşlığa çağırıb
08.02.2024 19:34
Aa
dəq

Ukrayna Ali Radasının Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsi Avropa Şurası Parlament Assambleyası (AŞPA) və Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini dialoqa və əməkdaşlığa çağırıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"ə Ali Radanın saytına istinadən xəbər verir.

Sənəddə bildirilir ki, AŞPA-nın 2024-cü il qış sessiyası zamanı yaranmış vəziyyəti və Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsi nəzərə alınaraq Ali Radanın Xarici Siyasət və Parlamentlərarası Əməkdaşlıq Komitəsinin fevralın 7-də keçirilmiş iclasında Komitənin tərəflərə müraciət etməsi təsdiqlənib.

“Komitə müraciətində Avropa Şurası Parlament Assambleyasını və Azərbaycan Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsini danışıqlar prosesinə qayıtmaq və bu gün nə qədər kəskin görünsə də, demokratiya və qanunun aliliyi prinsiplərini rəhbər tutaraq, konstruktiv danışıqlar yolu ilə tərəflər arasında yaranmış məsələləri həll etmək üçün imkan tapmağa çağırıb”, - sənəddə deyilir.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu