Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Zelenski Ceyhun Bayramovu qəbul edib

2 dəq
Paylaş:
Zelenski Ceyhun Bayramovu qəbul edib

“Mən Azərbaycanın naziri Ceyhun Bayramovu qəbul etdim. Bu, nazirin Rusiyanın genişmiqyaslı işğalının başlanmasından bəri Ukraynaya ilk səfəridir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu prezidenti Volodimir Zelenski öz “X” hesabında yazıb.

Zelenski bildirib ki, səfərinə İrpin şəhərindən başlayıb və Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən məktəbə, xəstəxanaya və reabilitasiya mərkəzinə baş çəkib.

“Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə Ukraynaya gələrək bizə dəstək göstərmək imkanı tapdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Xalqımızla həmrəy olduğunuza görə təşəkkür edirəm”, - Zelenski əlavə edib.

Zelenski XİN rəhbərinə Rusiyanın Ukraynaya qarşı davam edən hücumları, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini blokadaya alması barədə məlumat verdiyini, yüksək səviyyəli diplomatik təmasları, müdafiə sahəsində tərəfdaşlığı, eləcə də energetika, neft-qaz sənayesi və kənd təsərrüfatı sahələrində iqtisadi əməkdaşlığı müzakirə etdiklərini bildirib.

Zelenski sonda Ukraynaya verdiyi dəstəyə, və humanitar yardımlarına, eləcə də iki ölkə arasında aparılan konstruktiv dialoqa görə Azərbaycana təşəkkür edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax