Böyük Britaniyanın Ukraynadakı səfiri Nil Krompton Baş nazir Endi Bernemin Kiyevə səfərinin gözlənildiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, diplomat bu barədə “RBC-Ukrayna” nəşrinə müsahibəsində danışıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın yeni hökumət başçısını ölkəyə səfərə dəvət edib.
Səfir bildirib ki, Bernem vəzifəsinin icrasına başlayandan cəmi üç həftə keçib və hazırda hökumətin prioritetlərini müəyyənləşdirir. Buna baxmayaraq, London onun Kiyevə səfərinin mümkün qədər tez baş tutmasında maraqlıdır.
Krompton Kral III Çarlzın Ukraynaya səfər ehtimalına da münasibət bildirib. Diplomatın sözlərinə görə, bu məsələ birbaşa kralın öz qərarından asılıdır.
Səfir qeyd edib ki, Kral III Çarlz Ukraynada baş verənlərə biganə deyil və onun Prezident Zelenski ilə çoxsaylı görüşləri də bunu göstərir.
Qeyd edək ki, Nil Krompton daha əvvəl Rusiyanın NATO-ya mümkün hücumuna qarşı hazırlıqlı olmağın vacibliyini vurğulayıb.
Diplomatın sözlərinə görə, hazırda London üçün Moskva ilə münasibətləri tənzimləmək çətin olsa da, NATO-nun mümkün hücum halında tətbiq ediləcək razılaşdırılmış müdafiə planı mövcuddur.