Yaxın Şərqdə mülki şəxslərin təxliyəsi məqsədilə Böyük Britaniya xüsusi təyinatlı gəmi göndərməyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, bu barədə nüfuzlu “The Telegraph” nəşri xəbər yayıb.
Məlumata əsasən, Britaniyanın Kral Dəniz Donanmasının mülki dəstək bölməsinə aid olan “RFA Lyme Bay” desant gəmisi artıq yüksək hazırlıq vəziyyətinə gətirilib.
Bu gəmi həm aviasiya platforması kimi fəaliyyət göstərmək, həm də tibbi avadanlıqlarla təchiz olunmaq imkanına malikdir. Məhz bu xüsusiyyətləri onu humanitar yardım və fəlakət zamanı xilasetmə missiyaları üçün son dərəcə əlverişli edir.