Operativ Məlumat Mərkəzi

“Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb

1 dəq
Paylaş:
“Qarabağ” – “Çelsi” oyununun hakimləri açıqlanıb
qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Sebastyan Qishamerə Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü...

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçiriləcək IV tur oyununun hakim təyinatları açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, qarşılaşma Avstriyadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Sebastyan Qishamerə Roland Ridel və Santino Şrayner kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Valter Altmann yerinə yetirəcək. VAR-da Manul Şüettenquber, AVAR-da Yosef Spurni olacaq.

Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq. İlk 3 turdan sonra hər iki komandanın aktivində 6 xal var. Azərbaycan çempionu 13-cü, London klubu isə 11-ci pillədə qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər