Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tohoku zəlzələsinin sirri açıldı

4 dəq
Paylaş:
Tohoku zəlzələsinin sirri açıldı

2011-ci ildə Yaponiyada baş verən güclü Tohoku zəlzələsi ilə bağlı yeni elmi araşdırma diqqətçəkən nəticələr ortaya qoyub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Alimlər müəyyən ediblər ki, zəlzələ zamanı yaranan və Yer kürəsinin dərin qatlarına enərək geri qayıdan güclü dalğa tektonik plitələrin hərəkətə gəlməsinə təkan verərək Yaponiyanın daimi şəkildə şərqə doğru sürüşməsinə səbəb olub.

Tohoku zəlzələsi Sakit okean plitəsinin Şimali Yaponiyanı daşıyan plitənin altına qəfil sürüşməsi nəticəsində meydana gəlmiş və tarixin ən güclü seysmik hadisələrindən biri kimi qeydə alınmışdı.

Japan earthquake and tsunami of 2011 | Facts & Death Toll | Britannica

ABŞ-nin Universitetinin seysmoloqu Sunyonq Parkın rəhbərlik etdiyi tədqiqat qrupu müəyyən edib ki, zəlzələnin yaratdığı seysmik dalğalardan biri Yer mantiyası ilə maye xarici nüvə arasındakı sərhədə qədər enib.

Alimlərin “ScS” adlandırdığı bu güclü kəsici dalğa nüvə sərhədinə çırpıldıqdan sonra yenidən Yer səthinə qayıdıb və Yaponiyanın inkişaf etmiş geoloji müşahidə şəbəkəsi tərəfindən qeyri-adi dəqiqliklə qeydə alınıb.

Tədqiqatçılar bildirirlər ki, dalğanın o qədər güclü olub ki, o, təkcə ənənəvi seysmometrlər deyil, həm də yer səthinin hərəkətini izləyən GPS stansiyaları tərəfindən aydın şəkildə müşahidə edilib. Hətta bu siqnallar Çində müşahidə məntəqələri tərəfindən də qeydə alınıb.

Waves reflecting off Earth's core shifted Japan after 2011 earthquake | New Scientist

Araşdırma Yer kürəsinin dərin qatlarında baş verən proseslərin səthdəki tektonik hərəkətlərə necə təsir göstərə bildiyini daha yaxşı anlamağa imkan verir.

Normal şəraitdə seysmik dalğa keçdikdən sonra yer səthinin əvvəlki vəziyyətinə qayıtması gözlənilir, lakin tədqiqatçılar müəyyən ediblər ki, əks olunan dalğanın Yaponiyaya çatdığı anlarda bəzi GPS stansiyaları ilkin mövqeləri ilə müqayisədə 5-6 millimetr şərqə doğru sürüşüb.

Alimlər məlumatların emalında xəta və ya sualtı sürüşmə kimi digər ehtimalları istisna etdikdən sonra kompüter modelləşdirmələri vasitəsilə bu daimi yerdəyişmənin səbəbini müəyyənləşdiriblər. Nəticələr göstərib ki, Yer nüvəsinin sərhədindən qayıdan seysmik dalğa əsas zəlzələnin təsiri nəticəsində artıq yüksək gərginlik altında olan iki tektonik plitənin təmas zonasına əlavə təsir göstərib.

Japan earthquake and tsunami of 2011 - Relief, Rebuilding, Recovery | Britannica

Əks olunan dalğa əsas təkanla müqayisədə xeyli zəif olsa da, Yaponiyanın geniş ərazisinə eyni vaxtda və sinxron şəkildə çatdığı üçün plitə sərhədlərində kiçikmiqyaslı sürüşmənin baş verməsinə şərait yaradıb.

Elm aləmində ilk dəfə müşahidə edilən bu hadisə bir nöqtədə böyük qırılma yaratmaq əvəzinə nəhəng plitə sərhədi boyunca yayıldığı üçün Yer səthində ayrıca zəlzələ kimi hiss olunmayıb. Mütəxəssislərin hesablamalarına görə, millimetr səviyyəsində baş verən bu genişmiqyaslı sürüşmə ümumi enerji baxımından təxminən 7,5 bal gücündə zəlzələyə bərabər olub.

Tədqiqatçılar bildirirlər ki, bu mexanizmin tam təsdiqlənməsi üçün gələcəkdə baş verəcək iri zəlzələlərin də oxşar üsullarla müşahidə və təhlil edilməsi vacibdir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax