Operativ Məlumat Mərkəzi

Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

1 dəq
Paylaş:
Üç rayonda küləkli hava şəraiti ilə bağlı elektrik enerjisinin verilişində fasilələr yaranıb

Qazax, Ağstafa və Tovuzda küləkli hava şəraiti müşahidə olunur, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, güclü külək səbəbindən Qazax rayonunun mərkəzində və bir sıra kəndlərində elektrik enerjisinin verlişində fasilələr yaranıb.

Ağstafa və Tovuz rayonunda da küləkli hava şəraiti müşahidə olunub. Qeyri-sabit hava şəraiti nəticəsində Ağstafa rayonunda elektrik enerjisinin verilişində qısa fasilələr olub.

Qeyd edək ki, adı çəkilən rayonlarda küləkli hava şəraiti davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər