Böyük Britaniyada 18 yaşlı tələbə Henri Novakın qətli ilə bağlı iş ölkədə rezonans doğurub.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, 2025-ci ilin dekabrında bıçaqlanaraq öldürülən gəncin son anlarını əks etdirən görüntülər hökmün elan olunduğu gün polis tərəfindən yayımlanıb.
Məlumata görə, hadisə yerinə gələn polis əməkdaşları əvvəlcə özünü hücumun qurbanı kimi təqdim edən şəxslə danışıb, daha sonra yerdə ağır yaralı vəziyyətdə uzanan Henri Novaka yaxınlaşıblar. Görüntülərdə gəncin qandallanaraq saxlanıldığı əks olunub.
Bildirilir ki, Novak dəfələrlə “Nəfəs ala bilmirəm”, “Bıçaqlanıram” desə də, polis əməkdaşlarından biri ona “Düşünmürəm ki, səni bıçaqlayıblar, dostum” cavabını verib.
İstintaq zamanı müəyyən edilib ki, hücumu törədən 23 yaşlı Vikram Diqva polisə yalan məlumat verərək irqi motivli hücumun qurbanı olduğunu iddia edib. Nəticədə hüquq-mühafizə orqanları ilkin mərhələdə həqiqi qurbanı deyil, yaralı Novakı saxlayıblar.
Araşdırma zamanı məlum olub ki, Henri Novak bədəninin beş nahiyəsindən bıçaqlanıb. Yaralardan biri ürəyinə dəyib və onun ölümünə səbəb olub. Qatilin Sikh dini ənənəsinə uyğun olaraq daşıdığı 21 santimetrlik xəncərdən istifadə etdiyi müəyyənləşdirilib.
Məhkəmənin qərarı ilə Vikram Diqva qəsdən adam öldürməkdə təqsirli bilinib və 21 ildən sonra şərti azadlığa buraxılmaq hüququ ilə ömürlük həbs cəzasına məhkum edilib.