Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İranin BƏƏ-dəki səfiri nazirliyə çağırıldı - Etiraz notası veriləcək

2 dəq
Paylaş:
İranin BƏƏ-dəki səfiri nazirliyə çağırıldı - Etiraz notası veriləcək

Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi İranin BƏƏ-dəki səfiri Rza Amerini notası təqdim etmək üçün nazirliyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı BƏƏ Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik İranın hücumlarını pislədiyini bəyan edərək vurğulayıb ki, ölkə ərazisinə edilən hücum suverenliyin kobud şəkildə pozulması, milli təhlükəsizliyə təhdid və bütün konvensiya, qətnamə və normaların şəkildə pozulmasıdır.

Həmçinin bildirilib ki, BƏƏ İran hökumətinin yaşayış məntəqələri, hava limanları, limanlar və xidmət obyektləri də daxil olmaqla mülki obyektlərə qarşı yönəlmiş hərəkətlərinə təqdim etdiyi istənilən bəhanəni qətiyyətlə rədd edir:

“Bu ciddi və məsuliyyətsiz eskalasiya BƏƏ-nin açıq mövqeyini, öz ərazisinin İrana qarşı hər hansı əməliyyatlarda istifadə olunmasına yol verməyəcəyini nəzərə almır. Bu hücumlar mehriban qonşuluq prinsiplərinə və BMT Nizamnaməsinə ziddir, eyni zamanda BƏƏ-nin İranla bağlı apardığı gərginliyin azaldılması və sülh yolu ilə həll siyasətini sarsıdır. BƏƏ xəbərdarlıq edib ki, bu cür hərəkətlər siyasi, iqtisadi və ticarət səviyyəsində ciddi nəticələrə səbəb olacaq".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax