Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İrandan atılan 35 dron və 5 raket BƏƏ-də vuruldu

2 dəq
Paylaş:
İrandan atılan 35 dron və 5 raket BƏƏ-də vuruldu

Birləşmiş Ərəb Əmirlikləri raket və dronlardan gələn təhdidlərə qarşı mübarizə aparır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bəyanatda deyilir: “BƏƏ-nin hava hücumundan müdafiə sistemi İrandan gələn raket və dron hücumlarına qarşı mübarizə aparır. ölkənin müxtəlif yerlərində eşidilən səslərin hava hücumundan müdafiə sistemlərinin və qanadlı raketlər, eləcə də dronlara qarşı fəaliyyət göstərməsi ilə bağlı olduğunu təsdiqləyir”.

Məlumata görə, BƏƏ aprelin 1-də İrandan beş ballistik raket və 35 dronun zərərsizləşdirildiyini bildirib.

Qeyd olunub ki, ABŞ Prezidenti Tramp aprelin 1-də çıxışı zamanı BƏƏ-yə və digər Körfəz müttəfiqlərinə təşəkkür edib.

“Onlar əladırlar, biz onların heç bir sahədə əziyyət çəkməsinə və ya uğursuzluğa düçar olmasına imkan verməyəcəyik”, – deyə o bildirib.

Tramp əlavə edib ki, İran “münaqişə ilə heç bir əlaqəsi olmayan” neft tankerlərinə və qonşu ölkələrə hücumlar həyata keçirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax