“Marinera” tankerinin iki rusiyalı dənizçisi azadlığa buraxılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib ki, dənizçilər hazırda Rusiyaya doğru yola düşüblər.
Qeyd edək ki, ekipaj üzvlərindən daha iki Rusiya vətəndaşının azad edilməsi barədə yanvarın 9-da məlumat verilmişdi.
Xatırladaq ki, yanvarın 7-də ABŞ hərbçiləri gəminin göyərtəsinə qalxmış, bundan sonra ekipajla əlaqə kəsilmişdi. Daha sonra ekipajla birlikdə gəminin saxlanıldığı məlum olmuşdu.