Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Ermənistanda 19 yaşlı hərbçinin qətli ilə bağlı iki nəfər həbs edilib

2 dəq
Paylaş:
Ermənistanda 19 yaşlı hərbçinin qətli ilə bağlı iki nəfər həbs edilib

Ermənistanın Sevan şəhərində 19 müqaviləli qulluqçu Aram Xaçatryanın qətlə yetirilməsi ilə bağlı yeni təfərrüatlar məlum olub.

"Operativ Məlumat Mərkəzi-OMM" ölkənin Baş Prokurorluğuna istinadən xəbər verir ki, hadisə ilə əlaqədar iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri nəticəsində N.M. və A.M. adlı şəxslər bir ay müddətinə həbs ediliblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə açılıb.

Xatırladaq ki, hadisə fevralın 21-də baş verib. Qətlə yetirilən Aram Xaçatryan "Vətən müdafiəçisi" proqramının iştirakçısı olub.

O, 2025-ci ildə Silahlı Qüvvələrinə çağırılıb və altı aylıq xidmətdən sonra müqavilə imzalayaraq doğma kəndinin yaxınlığındakı hərbi hissədə xidmətini davam etdirib.

Məlumata görə, hərbçi hadisədən iki gün əvvəl növbəsini başa vurub və naməlum səbəbdən Sevan şəhərinə yollanıb və orada öldürülüb. Faktla bağlı araşdırmalar davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Ermənistan xəbərləri

Hamısına bax