Operativ Məlumat Mərkəzi

Ötən il motosiklet qəzalarında 12 nəfər ölüb

2 dəq
Paylaş:
Ötən il motosiklet qəzalarında 12 nəfər ölüb

Ötən il respublika ərazisində motosikletlərin iştirakı ilə baş verən yol- hadisələri nəticəsində 12 nəfər həyatını itirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Baş Dövlət İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il ərzində və moped sürücülərinin ucbatından ölüm və xəsarətlə nəticələnən 43 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Qəzalar zamanı 36 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq yaralanıb.

Qeyd olunub ki, statistik göstəricilər motosiklet və mopedlərin iştirakı ilə baş verən qəzaların əksər hallarda ağır nəticələrlə müşayiət olunduğunu göstərir.

Aparılan araşdırmalara əsasən, bu tip hadisələrin əsas səbəbləri sırasında qaydalarına əməl edilməməsi, sürət həddinin aşılması, təhlükəli manevrlər, məsafənin düzgün saxlanılmaması, eləcə də yol və nəqliyyat şəraitinin düzgün qiymətləndirilməməsi dayanır. Fiziki qoruyucu konstruksiyalara malik olmayan motosiklet və mopedlərdə edilən hər bir səhv ağır xəsarət və ya ölümlə nəticələnə bilir.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərini yol hərəkəti qaydalarına ciddi riayət etməyə, təhlükəli manevrlərdən çəkinməyə və yol şəraitini düzgün qiymətləndirməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax