Türkiyə, Vaşinqton və Tehran arasında vasitəçi kimi çıxış edir. Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) xarici işlər üzrə sədr müavini Harun Armağan məlumat verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, Türkiyə gərginliyin azaldılmasını və birbaşa danışıqları təşviq etmək üçün İran və ABŞ arasında mesajların ötürülməsində aktiv vasitəçi rolunu oynayır.
Harun Armağan bu mesajların təfərrüatlarını açıqlamayıb. Lakin o qeyd edib ki, həmin mesajlar həmçinin Yaxın Şərqdə genişlənən regional müharibəyə cəlb olunmuş Fars körfəzi ölkələrinə də ötürülür.