Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Türkmənistan və Azərbaycan nəqliyyat əlaqələrini fəallaşdırır

2 dəq
Paylaş:
Türkmənistan və Azərbaycan nəqliyyat əlaqələrini fəallaşdırır

Prezidenti Sərdar Türkmənistan- , Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə geniş tərkibdə görüşü zamanı danışıb.

Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov Türkmənistanın və Azərbaycanın əlverişli coğrafi mövqeyinin nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını deyib.

Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov vurğulayıb ki, ölkələr həmçinin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyir.

Ali qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açdığını deyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax