Operativ Məlumat Mərkəzi

Türkiyənin zəlzələ olan bölgəsində qar və yağış yağacaq

1 dəq
Paylaş:
Türkiyənin zəlzələ olan bölgəsində qar və yağış yağacaq
bu barədə "TRT Haber" telekanalı məlumat yayıb. Ekspertlərin fikrincə, bu, təbii fəlakətdən sonra aparılan axtarış-xilasetmə işlərini xeyli...

Sinoptiklər Türkiyədə zəlzələnin baş verdiyi ərazilərə qar və yağış yağacağını proqnozlaşdırırlar.

"Operativ Məlumat Mərkəzi - OMM " xəbər verir ki, bu barədə "TRT Haber" telekanalı məlumat yayıb.

Ekspertlərin fikrincə, bu, təbii fəlakətdən sonra aparılan axtarış-xilasetmə işlərini xeyli çətinləşdirəcək.

Xatırladaq ki, fevralın 6-da səhər saatlarında Türkiyədə 7,7 maqnitudalı zəlzələ baş verib.

Nəticədə 2 921 nəfər ölüb, 15 834 nəfər yaralanıb.

Prezident Rəcəb Tayyib Ərdoğan bunun 1939-cu ildən sonra Türkiyə ərazisində baş verən ən güclü zəlzələ olduğunu bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər