Operativ Məlumat Mərkəzi

Türkiyənin XİN başçısı: "Azərbaycanın regiondakı rolunu nəzərə almamaq mümkün deyil"

2 dəq
Paylaş:
Türkiyənin XİN başçısı: "Azərbaycanın regiondakı rolunu nəzərə almamaq mümkün deyil"

“Türkiyə-Azərbaycan-Özbəkistan, Türkiyə-Azərbaycan-Qazaxıstan üçtərəfli təmasları müntəzəm həyata keçirilir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber” TV-yə müsahibəsində deyib.

O bildirib ki, bu formatlar çərçivəsində müxtəlif səviyyəli görüşlər keçirilir: “Məqsədimiz bu regionda əməkdaşlığı gücləndirməkdir. Bizim İranla münasibətlərimiz məlumdur. Biz kimsə ilə münasibətləri pisləşdirmək istəmirik. Bizim sürücülər daha çox Azərbaycandan daşınmalara üstünlük verirlər, nəinki İran ərazisinə. Çünki İran bizə problem yaradır, Azərbaycan isə jestlər edir”.

M.Çavuşoğlunun sözlərinə görə, Azərbaycanın regiondakı rolunu nəzərə almamaq mümkün deyil.

Bu xəbəri paylaş

Oxşar xəbərlər