Əsas məzmuna keç

Türkiyənin ilk astronavtının Yerə enməsi 3-cü dəfə təxirə salınıb

Türkiyənin ilk astronavtının Yerə enməsi 3-cü dəfə təxirə salınıb

Türkiyənin ilk astronavtı Alper Gezervacının Yerə enməsi yenidən təxirə salınıb. Bu barədə məlumatı “SpaceX” özünün “X” hesabında paylaşıb. Məlumata görə,...

Türkiyənin ilk astronavtı Alper Gezervacının enməsi yenidən təxirə salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Haber7”yə istinadən xəbər verir ki, bu barədə məlumatı “” özünün “X” hesabında paylaşıb.

Məlumata görə, ABŞ-nin Florida ştatı sahillərində davam edən əlverişsiz səbəbindən “Dragon”un fevralın 6-da Stansiyadan ayrılmasını dayandırılıb. Kosmik gəmi və “Ax-3” heyəti sağlamdır.

Xatırladaq ki, fevralın 3-də “SpaceX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı. Ondan bir gün sonra bildirildi ki, “Crew Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq.

Qeyd edək ki, “Crew Dragon” kosmik gəmisi yanvarın 19-da vaxtı ilə saat 01:49-da Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…