Operativ Məlumat Mərkəzi

Türkiyənin iki vilayətində meşə yanır

1 dəq
Paylaş:
Türkiyənin iki vilayətində meşə yanır
yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir. Hadisənin səbəbi məlum deyil. Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi...

Türkiyənin Adıyaman vilayətində meşə yanır.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğın təxminən 20 hektarlıq ərazini əhatə edir.

Hadisənin səbəbi məlum deyil.

Həmçinin, Manisa şəhərində də meşə yanır. Buradakı yanğının söndürülməsi üçün 4 təyyarə, 3 helikopter, 10 su tankeri, 2 su təchizatı tankeri və 2 buldozer cəlb olunub.

Hazırda hər iki yanğının söndürülməsi istiqamətində havadan və qurudan müdaxilə edilir.

Qeyd edək ki, Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları bir neçə gündür ki davam edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər