Əsas məzmuna keç

Türkiyəli atletlər ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyiblər

Türkiyəli atletlər ağırlıqqaldırma üzrə Azərbaycan çempionatını izləyiblər

İrəvanda keçirilən Avropa çempionatında qazandıqları qələbələrini Azərbaycana həsr edən türkiyəli ağır atletlər ölkəmizdə növbəti tədbirə qatılıblar....

İrəvanda keçirilən Avropa çempionatında qazandıqları qələbələrini Azərbaycana həsr edən türkiyəli ağır atletlər ölkəmizdə növbəti tədbirə qatılıblar.

Ağır Atletika Federasiyasından "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, qonaqlar 28-29 aprel tarixlərində qəsəbəsində Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatını tribunadan izləyiblər.

Onlar tamaşaçıların coşqulu alqışları ilə qarşılanıb, böyük dəstək alıblar. Maraqlı mübarizə şəraitində keçən yarışdan razı qalan türkiyəli qonaqlar, təşkilatçılıqdan məmnunluğunu bildirib, turnirin Avropa standartları ilə keçirildiyini qeyd ediblər.

Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü 67 kq çəki dərəcəsində medal qazanan atletlərin mükafatlandırma mərasimində iştirak edib, qalib Tehran Məmmədovun qızıl medalını təqdim edib.

Sonda Azərbaycan Ağır Atletika Federasiyası tərəfindən idmançılar və federasiya nümayəndələrinə xatirə hədiyyələri təqdim edilib.

Türkiyə Ağır Atletika Federasiyası da öz növbəsində qarşı tərəfə xatirə plaketləri təqdim edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…