Türkiyədəki zəlzələyə görə matəm elan olundu

Türkiyədəki zəlzələyə görə matəm elan olundu
13.02.2023 16:04
Aa
dəq

Türkiyədəki zəlzələ ilə bağlı bu gün Albaniya və Şimali Makedoniyada matəm günüdür.

"Operativ Məlumat Mərkəzi- OMM" xəbər verir ki, Albaniya və Şimali Makedoniya hökumətləri ötən həftə fevralın 6-da Türkiyə və Suriya sərhədində baş verən güclü zəlzələ nəticəsində həlak olan çox sayda insanın xatirəsinə hörmət əlaməti olaraq fevralın 13-nü milli matəm günü elan edib.

“Şimali Makedoniya vətəndaşlarının düşüncələri və duaları həyatını itirənlərin yaxınları və ailələri ilə birlikdədir. Şimali Makedoniya Respublikasının bütün vətəndaşları adından yaxınlarını itirən hər kəsə başsağlığı verirəm. Dövlət və xalq olaraq bundan sonra da kömək edəcəyik, həmrəy olacağıq", - Şimali Makedoniya Baş naziri Dimitar Kovacevski bildirib.

Albaniyanın Baş naziri də daha əvvəl bəyan edib ki, bu faciədə Türkiyə xalqı ilə həmrəylik üçün ölkədə milli matəm elan olunur.

"Bir müddət əvvəl Albaniyaya bənzər bir fəlakət baş verəndə yaxınımızda olan dost Türkiyə ilə həmrəylik əlaməti milli matəm elan edirik", - Edi Rama bildirib.

Həm Albaniyada, həm Şimali Makedoniyada dövlət bayraqları yarıya qədər endirilib. Həmçinin bu ölkələrin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində də bayraqlar endirilib.

Həftənin ən çox oxunanları