Operativ Məlumat Mərkəzi

Türkiyədə zavodda partlayış nəticəsində 12 nəfər ölüb, 4 işçi yaralanıb - YENİLƏNİB

1 dəq
Paylaş:
Türkiyədə zavodda partlayış nəticəsində 12 nəfər ölüb, 4 işçi yaralanıb - YENİLƏNİB
bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb,...

Türkiyədə zavodda partlayış nəticəsində 12 nəfər ölüb, 4 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

***

Türkiyənin Balıkəsir əyalətinin Karesi rayonunda partlayıcı maddə istehsal edən zavodda baş verən partlayış nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Balıkəsir valisi İsmayıl Ustaoğlu bildirib.

O, təxribat ehtimalının hələ ki olmadığını söyləyib.

Məlumata görə, zavodda silah-sursat - ov və idman patronları, mülki partlayıcılar, patronlar istehsal olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər