Operativ Məlumat Mərkəzi

Türkiyədə baş verən iki zəlzələdə 6 nəfər ölüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Türkiyədə baş verən iki zəlzələdə 6 nəfər ölüb - YENİLƏNİB
bu barədə İHA məlumat yayıb. 23:14 *** Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb. "Operativ Məlumat...

Türkiyədə baş verən iki zəlzələdə ölənlərin sayı 6-ya yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

23:14 ***

Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib.

F.Oqtay onu da vurğulayıb ki, hazırda Türkiyənin Aralıq dənizi sahillərində sunami təhlükəsi yoxdur

21:30 **

Türkiyənin Hatay şəhərinin Defne rayonunda 6,4 maqnitudalı zəlzələ olub.:

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların dərinliyi 7,7 km-də yerləşir. Zəlzələnin Adanada da hiss olunduğu deyilir.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər